RU

Azərbaycanın XİN başçısı serbiyalı həmkarı ilə strateji tərəfdaşlığının müxtəlif aspektlərini müzakirə edib - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.

APA xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq gündəliyində duran mövzular, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Serbiya strateji tərəfdaşlığının inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında mövcud dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

Nazirlər strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, enerji, yüksək texnologiyalar, nəqliyyat, mədəniyyət, humanitar, təhsil, turizm və s. aspektləri üzrə inkişaf perspektivlərini müzakirə edib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə ediblər.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə verilən davamlı dəstək məmnunluqla qeyd olunub.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***
21:58

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində serbiyalı həmkarı Marko Curiç ilə görüşüb.

APA xəbər verir ki, bununla bağlı Azərbaycan XİN sosial şəbəkə hesabında paylaşım edib.

Tərəflər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq formatlarda çoxtərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
40
50
apa.az

10Источники