
Rusiya Federasiyasının Altay Respublikasında Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Reyting.az bildirir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təbiət hadisəsi yerli vaxtla saat 08:48-də (Bakı vaxtı ilə 05:48) Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.