RU

Millimiz Rusiyaya uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün ilk oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

U-17 Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Rusiya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində fevralın 17-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığması ilə, fevralın 19-da isə saat 14:20-də Qazaxıstan kollektivi ilə üz-üzə gələcək.

Избранный
65
4
idmanxeber.az

5Источники