RU

Neftçalada qadın öldürüldü: Əri saxlanıldı

Neftçala rayonunda qətl hadisəsi baş verib.

KONKRET.az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Şəhla Telman qızı Tağıyeva ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

KONKRET.az

Избранный
64
9
konkret.az

10Источники