RU

"Zirə" 50-ci səfər qələbəsini qazanıb

Misli Premyer Liqasının XXIII turunda “Sumqayıt”ın qonağı olan “Zirə” 50-ci səfər qələbəsini qazanıb.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Bu, 2015-ci ildə Premyer Liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub. Qəsəbə təmsilçisi ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb.

“Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdir.

Избранный
57
12
report.az

10Источники