Misli premyer-liqasının 23-cü turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib. O, bu görüşlərdə 34 qola imza atıb.
2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Davit Volkov premyer-liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də, “Sabah”la görüşdə (2:0) debüt edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта