2025-ci ilin yanvar ayı ərzində ümumilikdə vergi orqanlarına 50.831 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz çoxdur. Daxil olmuş müraciətlərin 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub. Müraciətlərdən 60,5 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 39,5 faizi isə hazırda icradadır.
Baxılması başa çatdırılmış müraciətlərin 54,6 faizi həll olunub, 44,4 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 163 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, riskli vergi ödəyicisi hesab edilməməsi, ƏDV, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.
2025-ci ilin yanvar ayında Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb.