RU

Ayxan Abbasov: “Üstünlük bizdə idi”

“Stressli oyun idi. “Kəpəz” də, biz də məğlub olmaq istəmirdik. Hər iki komandanın xala ehtiyacı var idi. Oyunun gərginliyi futbolçularda da hiss olunurdu. Hər iki hissədə qol fürsətlərindən yararlana bilmədik. Kobud səhvdən qol buraxdıq. İstənilən halda xalımızın üstünə xal gəldi. Yolumuza davam edirik. Futbolçularımı təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Oyunun axarı gərgin keçirdi. Deməzdim ki, rəqibə yüz faizli epizod verdik. Üstünlük bizdə idi. Amma oyunun ssenarisinə görə iki komanda da 1 xala layiq idi. Bu gün 3 itkimiz var idi. Bakiç də isinmə hərəkətləri zamanı zədələndi.  Mikels və Pusi önəmli oyunçularımızdır. Amma mən elə yanaşmıram. Hamıya güvənirəm. Gənc futbolçular özlərini meydanda rahat hiss edir. Bu, məni sevindirir”.

Избранный
21
3
idmanxeber.az

8Источники