RU

"Baku Steel Company" QSC Azərbaycanın 50 ən iri vergi ödəyicisindən biri olaraq, ixracın inkişafına görə mükafatla təltif edilib

Bakı. Trend:

Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”QSC (bundan sonra BSC) Azərbaycan Respublikası İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Özəlsektor üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafatalayiq görülüb. Mükafatı Azərbaycan Respublikasının İqtisadiyyatnaziri Mikayıl Cabbarov və Dövlət Gömrük Komitəsinin sədri ŞahinBağırov BSC-nin Baş direktoru Kamal İbrahimova təqdim ediblər.

BSC-nin Baş direktoru Kamal İbrahimov öz növbəsində şirkətinfəaliyyətini yüksək qiymətləndirdiyinə görə Dövlət Vergi Xidmətinintimsalında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinətəşəkkürünü bildirdi.

BSC-nin 23 ildən artıq uzunmüddətli və dayanıqlı ixracatfəaliyyəti, beynəlxalq standartlara cavab verən keyfiyyətli məhsulistehsalı və xarici bazarlara intensiv çıxışı mükafatın əldəedilməsində həlledici rol oynayıb. Şirkət rəhbərliyi, bu uğurunyalnız BSC-nin deyil, həm də dövlət tərəfindən iqtisadiyyatıninkişafına göstərilən dəstəyin və ixracatın artırılmasıistiqamətindəki strateji addımların mühüm bir göstəricisi olduğunuqeyd edib. Bildirilib ki, sözügedən mükafat şirkətin gələcəkinkişafına stimul olacaq və Azərbaycanın ixrac potensialınımetallurgiya sənayesi sahəsində daha da genişləndirməyə sövqedəcək.

Bu nailiyyət, BSC-nin strateji istiqamətlərindən biri kimi,Azərbaycanın metallurgiya sənayesinin ölkənin qeyri-neft sektorununflaqman sahələrindən birinə çevrilməsidir.

Qeyd etmək lazımdır ki, BSC 2024-cü ildə Azərbaycanın ən iri 50vergi ödəyicisi sırasına daxil olub. Şirkət ötən il ərzində dövlətbüdcəsinə 26,7 milyon manat vergi ödənişlərihəyata keçirdib. BSC, Azərbaycanın ən böyük istehsalçılarından birikimi, yüksək keyfiyyətdə armaturlar, katankalar (polad məftil),kvadrat və dairəvi pəstahlar, tikişsiz borular istehsal edir.Burada, həmçinin şvellerlər, künclüklər, ikitavrlar, kvadrat vədairəvi çubuqlar da hazırlamaq mümkündür. Nəinki Azərbaycanın,bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerlibazarda böyük tələbatla satılmaqla yanaşı, indiyədək Avropa,Afrika, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixracolunub.

Избранный
14
11
az.trend.az

10Источники