RU

Britaniyanın Baş naziri Trampın tənqidi fonunda Zelenskiyə dəstək olub

Böyük Britaniyanın baş naziri Kir Starmer ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisi məlumat yayıb.

Söhbət zamanı Starmer demokratik yolla seçilmiş lider kimi Zelenskiyə dəstəyini ifadə edib:

“Baş nazir bu axşam prezident Zelenski ilə danışıb və hamının bir-biri ilə əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Baş nazir prezident Zelenskini demokratik yolla seçilmiş lider kimi dəstəklədiyini bildirib və müharibə zamanı seçkilərin təxirə salınmasının tamamilə ağlabatan olduğunu və Böyük Britaniyanın bunu II dünya müharibəsi zamanı etdiyini bildirib”.

Baş nazir ABŞ-nin Ukraynada uzunmüddətli sülhə nail olmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bir daha bəyan edib.

Qeyd edək ki, Volodimir Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilib və həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Bu ölkədə dövlət başçısı beş il müddətinə seçilir, seçkilərin 2024-cü ilin martında keçirilməsi planlaşdırılırdı. Lakin Ukrayna qanunvericiliyinə görə, ölkədə hərbi vəziyyət dövründə, xüsusən də prezident seçkilərinin keçirilməsi qadağandır.

Избранный
46
2
ictimairey.az

10Источники