RU

Kürdəmirdə avtomobil su kanalına düşdü: İki fermer öldü - FOTO

Kürdəmirdə avtomobil su kanalına düşüb, iki nəfər ölüb.
Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb.
Belə ki, fermerlər 90-NY-966 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomaşınla taxıl sahəsindən qayıdarkən avtomobil kənd ərazisində olan su kanalına düşüb. Nəticədə avtomobildə olan sürücü Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu vəfat edib..
Hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Ölənlərdən Elşən Hacıyevin meyiti sudan çıxarılıb, digər sərnişinin meyitinin isə sudan çıxarılması istiqamətində zəruri işlər davam etdirilir.
Hazırda fakt araşdırılır.


Избранный
15
14
avtosfer.az

10Источники