RU

Qeyri-sabit hava uçuşlara təsir edəcək? - AÇIQLAMA

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.

"Cebheinfo.az"-ın məlumatına görə, hava limanından bildirilib ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə bütün zəruri tədbirlər görülməkdədir. Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir.

Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.

"Cebheinfo.az"

Избранный
8
17
cebheinfo.az

10Источники