Macarıstanın baş naziri Viktor Orban yüksək enerji qiymətlərinin Avropa iqtisadiyyatını məhv edə biləcəyindən ehtiyat edir.
Editor.az xəbər verir ki, o, bu barədə Kossuth radiostansiyasının efirində bildirib.
Macarıstanın baş naziri xatırladıb ki, Aİ ölkələri 2024-cü ildə qaz və neftin qiymətini aşağı salacaq tədbirlərdən ibarət bəyannamə qəbul ediblər. “Amma mən qorxuram ki, bizim böyük ümumi vədimiz yerinə yetirilməyəcək və enerji qiymətləri yüksək olaraq davam edəcək. Avropada enerji qiymətləri yüksəlir və bu, iqtisadiyyatı məhv edəcək”, – Orban deyib.
Orban Ukrayna məsələsinin mümkün həllinin vəziyyəti yaxşılaşdıra biləcəyini düşünsə də, Avropa İttifaqının hazırkı liderlərinin Macarıstanın iqtisadi vəziyyətinə müsbət təsir edəcək idarəetmə qərarları verə biləcəyinə inanmır.
//Gülnarə Abasova, Editor.az