RU

"KamAZ" ilə "Mitsubishi" toqquşdu: İki nəfər xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Kənar Dairəvi yolun Xocəsən dairəsi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.
Görüntünü təqdim edirik:
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi saat 11:00-da baş verib:
"Bakı Kənar Dairəvi yolun Xocəsən dairəsi yaxınlığından keçən hissəsində 09-BU-825 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili ilə 90-HD-834 dövlət nömrə nişanlı "Mitsubishi Pajero IO" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Mitsubishi Pajero IO" markalı avtomobildə olan sərnişin və sürücü xəsarət alıblar".
Aygün Mirakif
Избранный
44
50
oxu.az

10Источники