RU

Rusiya NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Ər-Riyadda keçirilən danışıqlarda NATO qoşunlarının Şərqi Avropadan çıxarılmasını tələb etməyib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavab olaraq bildirib.
Bundan əvvəl Rumıniya prezidentinin müdafiə və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kristian Diakonesku Moskva və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqlarda Rusiya tərəfinin NATO qoşunlarının Şərqi Avropa ölkələrindən çıxmasını tələb etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ bu tələbi rədd edib.
"Yox, bu belə deyil. Bu, həqiqətə uyğun gəlmir. NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsinin bizdə narahatlıq doğurduğu ilə bağlı mövqeyimiz hamıya yaxşı məlumdur və bu, heç kim üçün sirr deyil," - deyə Peskov qeyd edib.
Избранный
7
2
oxu.az

10Источники