Fevralın 22-də azı 602 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək.
Demokratikmusavat.comOxu.Az-a istinadən xəbər verir ki, bu barədə HƏMAS hərəkatının məhbuslarla iş üzrə ofisinin "Telegram" kanalı məlumat paylaşıb.
Bildirilir ki, onlardan 50 nəfəri ömürlük həbsə məhkum edilmiş dustaqdır:
"60 nəfər uzunmüddətli həbs cəzasına məhkum edilən, 47 nəfər isə təkrar həbs ediləndir. 445 fələstinli isə 2023-cü il oktyabrın 7-dən sonra saxlanılanlardır".
Fələstinlilər Qəzza zolağında atəşkəs haqqında saziş çərçivəsində azadlığa buraxılacaq.