RU

Azərbaycan neftinin qiyməti 2 dollar ucuzlaşıb

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,99 ABŞ dolları və ya 2,52% azalaraq 76,9 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,97 dollar və ya 2,54%ucuzlaşaraq 75,54 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 2 dollar və ya 3,23% azalaraq 59,74 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 1,96 dollar və ya 2,54%ucuzlaşaraq 75,02 dollar/barel təşkil edib.

Fevralın 22-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Избранный
7
29
az.trend.az

10Источники