Qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 84 nəfər müraciət edib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта