Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün görüşməyə hazırlaşırlar...
Poliqon publika.az-a istinadən xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın fikridir.
"Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidir", - Tramp Ağ Evdə jurnalistlərə deyib.
Tramp bir daha əmin edib ki, o, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının tərəfdarıdır.
Qeyd edək ki, Tramp fevralın 25-də Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının yeni mərhələsinin keçiriləcəyini açıqlayıb. O, yeni təyin olunmuş ticarət nazirinin andiçmə mərasimində çıxış edərək, bir daha əmin edib ki, tərəflər arasında atəşkəs və razılaşma əldə etmək istəyir.
Poliqon.info