Ötən gün intihara cəhd edən gənc şair Həsən Kürün son vəziyyəti açıqlanıb.
Publika.az xəbər verir ki, TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq onun müalicəsinin reanimasiya şöbəsində davam etdirildiyi bildirilib:
"22 fevral 2025-ci il saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı, qapalı kəllə-beyin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.