“Fiorentina”nın hücumçusu Moyze Kin İtaliya A Seriyasının 26-cı turunda “Verona” ilə oyunda (0:1) huşunu itirib.
Publika.az xəbər verir ki, ikinci hissənin ortasında “Verona”nın oyunçusu Kinə dizi ilə zərbə vurub. Bundan sonra o, huşunu itirərək meydançaya yıxılıb.
“Fiorentina”nın tibbi heyəti hücumçunu xərəkdə meydançadan çıxarmalı olub. O, 67-ci dəqiqədə əvəzlənib.