RU

Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa müstəmləkəçiliyi əsarətində olan ərazilərdə fəaliyyət göstərən media mənsublarının ilk dəfə Azərbaycana səfəri başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, iki günlük səfərin təşkilində əsas məqsəd Fransız müstəmləkəçiliyi altında yaşayan müxtəlif regionlardan fəaliyyət göstərən 12 media nümayəndəsinə kommunikasiya üzrə xüsusi təlimin təşkil edilməsi və yerli KİV nümayəndələri ilə təcrübə mübadiləsinin təşkil edilməsidir.
Xarici media mənsubları həmçinin Azərbaycanın beynəlxalq səviyyədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi istiqamətində qlobal mövqeyi, Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti, habelə müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərilən dəstəklə əyani tanış olacaqlar.
Eyni zamanda kolonializm siyasətinin fəsadları haqqında dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması üzrə birgə əməkdaşlıq imkanları araşdırılacaq.
Избранный
24
37
oxu.az

10Источники