RU

Millimiz Avropa çempionatının seçmə mərhələsində ilk qol və ilk xal üçün oyuna çıxacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçını keçirəcək.
Oxu.Az xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində son oyununa çıxacaq.
B Liqasının dördüncü qrupunda yer alan millimiz Monteneqro yığması ilə üz-üzə gələcək. Keçirdiyi hər iki görüşdə 0:4 hesabı ilə uduzan Həbib Ağayevin yetirmələri ilk qol və ilk xal üçün mübarizə aparacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, qrupun digər görüşündə Şimali İrlandiya ilə Albaniya üz-üzə gələcək.
Albaniyada "House of Football Natural Pitch" stadionunda keçiriləcək matçı Rumıniyadan olan baş hakim Roksana Rekorean idarə edəcək.
Избранный
33
50
oxu.az

10Источники