RU

Qarda yıxılan 300 nəfərdən 30-u əməliyyat olundu

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib:

"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub".

Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq fevralın 21-dən bu günədək Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxminən 300 nəfər müraciət edib. Onlardan 30-a yaxın şəxsə cərrahi müalicə tətbiq olunub.

AzVision.az
Избранный
59
5
azvision.az

10Источники