Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 135-i qadın, 157-si kişi olmaqla, 292 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 269 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
Müraciət edənlərdən 23 nəfərə yerində yardım olunub.