RU

“OBA”da partlayış oldu - Yaralananlar var » AzadMedia.az


Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.

Bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat verib.

İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.
Избранный
189
49
azadmedia.az

10Источники