RU

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometerologiya Xidmətindən Poliqon-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu

Gecə 1-4° şaxta

Gündüz 1° şaxtadan 2°-dək isti olacaq

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq.

Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu

Gecə 1-6° şaxta

Gündüz 5-10° isti

Dağlarda gecə 10-15° şaxta

Yüksək dağlıq ərazilərdə 17-22° şaxta

Gündüz 0-5° şaxta olacaq.

Bəzi yollar buz bağlayacaq.

Poliqon.info

 

Избранный
32
49
poliqon.info

10Источники