RU

"Böyük Dəbilqə" turnirində iştirak edəcək cüdoçularımızın rəqibləri bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sabah Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək üç idmançının ilk görüşlərdəki rəqibləri bəlli olub.
60 kiloqram çəki dərəcəsində Turan Bayramov Yuntao Vanqla (Çin) qarşılaşacaq. Həmin çəkidə mübarizə aparacaq Balabəy Ağayev isə yarışa ikinci mərhələdən başlayacaq. Onun rəqibi Kanatbek Uulu (Qırğızıstan) - Anvarcon İbroximov (Özbəkistan) cütünün qalibi olacaq.
Yaşar Nəcəfov (66 kiloqram) isə Ramazan Abdullayev (neytral idmançı) - Hinato Ono (Yaponiya) görüşünün güclüsü ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" yarışında 23 ölkədən 242 idmançı çıxış edəcək.
Избранный
54
11
oxu.az

10Источники