RU

BOKT "İnternational"ın istiqrazlarına 3 investor 3 sifariş təqdim edib

28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi. 

Birjanın yaydığı məlumata görə, qeyd olunan AZ2028021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 27.02.2025-ci il tarixində yekunlaşmışdır.

Buraxılış həcmi 250 min manat olan istiqrazlara 3 investor 3 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2028021023

İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli 

İstiqrazların sayı: 250 ədəd

İlkin ticarət qiyməti: 1000 manat

İstiqrazların buraxılış həcmi: 250 000 manat

İllik gəlirlilik faizi: 15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir

Tədavül müddəti: 2 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 250,000 manat

Reallaşdırılmış həcm: 250 000 manat

Minimal qiymət: 1000 manat (15.0000%)

Maksimal qiymət: 1000 manat (15.0000%)

Ehtimal olunan kəsmə qiymət: 1000 manat (15.0000%)

Ortaçəkili qiymət: 1000 manat (15.0000%)

İnvestorların sayı: 3

Sifarişlərin sayı: 3

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Избранный
64
5
marja.az

7Источники