Futbol üzrə Azərbaycan I Liqasında 16-cı tura yekun vurulacaq.
Bu gün futbol üzrə Azərbaycan I Liqasında 16-cı turun daha 4 görüşü baş tutacaq.
"Operativ Media" xəbər verir ki, "Lökbatan" "İmişli"ni, "Mingəçevir" "Difai Ağsu"nu, MOİK "Zaqatala"nı qəbul edəcək. Günün sonuncu matçı isə Qəbələdə baş tutacaq. Lider "Qəbələ" 2-ci pillənin sahibi "Karvan"ı sınağa çəkəcək.
Azərbaycan I Liqası
16-cı tur
28 fevral
14:00 "Lökbatan" - "İmişli"
14:00 "Mingəçevir" - "Difai Ağsu"
14:00 MOİK - "Zaqatala"
15:00 "Qəbələ" - "Karvan"