RU

ABŞ hökuməti PKK liderinin çağırışına reaksiya verdi

Xəbər verdiyimiz kimi, Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalan terror təşkilatına “silahlarınızı yerə qoyun” çağırışını edib. 

"Unikal" xəbər verir ki, onun bu çağırışına ABŞ hökuməti də dəstək verib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes mətbuata açıqlamasında bildirib ki, ABŞ hökuməti bu çağırışı alqışlayır:

"Bu, əhəmiyyətli bir inkişafdır və ümid edirik ki, bu, türk müttəfiqlərimizin ABŞ-nin Suriyanın şimal-şərqindəki anti-İŞİD tərəfdaşları ilə bağlı narahatlıqlarını azaltmağa kömək edəcək. Biz inanırıq ki, bu, problemli bölgəyə sülh gətirməyə kömək edəcək". 

Gülayə Mecid

Избранный
137
50
unikal.az

10Источники