RU

''Mourinyonun bunu üzümə söyləyəcək cəsarəti yox idi''

''Real''ın sabiq üzvü Royston Drente qatıldığı bir podkastda Madriddə keçirdiyi dönəm və həmin vaxt klubun baş məşqçisi olan Joze Mourinyo ilə münasibətləri barədə diqqətçəkən açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, hazırda 37 yaşı olan Drente 2007-12-ci illərdə ''kral klubu''na məxsus olub. Bu dönəmin son iki mövsümünü o, icarədə keçirib. ''Real''dan ayrıldıqdan sonra o, demək olar, hər il klub dəyişib.

Drentenin yolu hətta Türkiyədən də keçib. Bu futbolçu 2014/15-in ikinci dövrəsini icarə əsasında ''Ərciyəsspor''da keçirib. Niderlandlı futbolçu bunları deyib:

''Madriddəki karyeramın ilk illəri mənim üçün pis keçmədi. Sonra ''Erkules''ə icarəyə yollandım və qayıtdıqdan sonra bəzi şeylərin dəyişdiyini gördüm. 4 futbolçu axmaq səbəblər üzündən komandadan ayrı məşq etmək məcburiyyətində qalmışdı. Mourinyo ilə münasibətlərim necə idi? Heç özüm də bilmirəm. Amma onunla çalışa bilməyəcəyimi anladım. İcarədən qayıtdıqdan sonra ilk vaxtlar durum normal idi. Mövsümöncəsi hazırlıq üçün Los Ancelesə yollandıq. Marselo ilə birlikdə oynayırdıq. Sonra Marselo zədələndi və ardıcıl bir neçə oyunda mən oynamalı oldum. Düşünürdüm ki, hər şeyi düz edirəm. Hətta Mourinyo özü də mənə dedi ki, bu cür məşq etməkdə davam etsəm, narahatlıq keçirməyim üçün əsas olmayacaq. Ona görə də Koentraonun transfer edilməsi mənim üçün gözlənilməz oldu. Toplanışın bitməsinə 3 gün qalmış baş direktor Xorxe Valdano yanıma gələrək yenidən başqa kluba icarəyə göndərilməyimin hər iki tərəf üçün ən yaxşı variant olacağını dedi. Diqqət edin, bunu mənə baş məşqçi yox, baş direktor söylədi. Elə həmin gün Mourinyonun yanına getdim. Amma bunu mənim üzümə söyləyəcək cəsarəti yox idi. Mənə bu qərarda bir rolunun olmadığını, buna Valdano və digərlərinin qərar verdiyini dedi''.

ƏLİ
Избранный
647
12
football-plus.az

10Источники