Bakı, TurkicWorld
Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Görüş zamanı Rusiya-Ukrayna müharibəsində son hadisələr müzakirə olunub.
TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, nazir Fidan və Lavrov arasında telefon danışığı olub. Görüş zamanı Rusiya-Ukrayna müharibəsində son hadisələr müzakirə olunub.
Qeyd edək ki, Hakan Fidan sabah İngiltərənin paytaxtı Londonda Ukrayna ilə bağlı keçiriləcək toplantıya qatılacaq.