RU

“Qarabağ”a məğlubiyyət komandamıza pis təsir etməyəcək”

“Əsas hədəfimiz çempionat oyunlarıdır.

Kubokda mübarizəni dayandırmağın komandamıza pis təsir edəcəyini düşünmürəm.

Çünki əsas məqsədimiz aşağı liqaya düşməməkdir. Amma belə oyunlar da bizim üçün təcrübədir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə deyib.

Abdullazadə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olub, mübarizəni dayandırmaları haqda da fikirlərini bölüşüb:

“Oyun bizim üçün bir az çətin keçdi. Çünki biz süni meydançada məşq edib, oyunlar keçirdiyimiz üçün təbii qazonda oynamaq bir qədər çətinlik yaratdı.

Amma yenə də pis çıxış etmədik. Rəqibdən çəkinmədən mübarizə apardıq.

İlk hissədə daha çox qol epizodumuz oldu. Bəlkə də onlardan istifadə edə bilsəydik, hər şey daha fərqli olardı.

Eyni zamanda, zədəli oyunçularımız çoxdur. Futbolçu azlığına görə də yorğunluq var idi və bu da oyunumuza öz təsirini göstərdi”.

Избранный
52
3
sportinfo.az

10Источники