RU

Sabah hava yağmursuz keçəcək - Proqnoz

Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, 3-dən 4-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcədən +3 dərəcəyədək, gündüz +4 dərəcədən +8 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə -3 dərəcədən +2 dərəcəyədək isti, gündüz +8 dərəcədən +13 dərəcəyədək, dağlarda gecə -7 dərəcədən -12 dərəcəyədək , gündüz -3 dərəcədən +2 dərəcəyədək isti olacaq.

Избранный
111
49
hafta.az

10Источники