Xabarovsk-Ayan reysi ilə uçan təyyarə salonunda tüstülənmə səbəbindən çıxış hava limanına geri qayıdıb.
7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat verib.
Məlumata görə, "Aurora" aviaşirkətinə məxsus təyyarənin sağ mühərrikində tüstülənmə baş verib. Göyərtədə 11-i sərnişin olmaqla 13 nəfər olub.
Bildirilib ki, xəsarət alan olmayıb. Qurum araşdırma aparır.