RU

Pentaqon Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqlədi

ABŞ Müdafiə Nazirliyi Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi TASS-a müsahibəsində bildirib.

“Ukraynaya hərbi yardımın göstərilməsinin dayandırılması ilə bağlı xəbərləri təsdiqləyə bilərəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ağ Ev də ABŞ və Ukrayna prezidentlərinin görüşündən sonra Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib. Donald Tramp Vladimir Zelenskinin Amerikanın köməyinə görə təşəkkür etməməsindən narazılığını ifadə edib. Yardımın dayandırılmasının Kiyev sülhə sadiqliyini nümayiş etdirənə qədər davam edəcəyi gözlənilir.

“The Times” qəzeti yazıb ki, ABŞ Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq göstərmək üçün Ukraynaya hərbi yardımı dayandırıb, o, “sülh istədiyini” sübut edənə qədər Kiyevə yardım dondurulacaq.

Избранный
21
50
publika.az

10Источники