İstanbulda sensasiyalı narkotik əməliyyatı keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul polisi məlumat yayıb.
Bildirilib ki, Güngören səmtində bir tekstil firmasında külli miqdarda narkotik aşkarlanıb: "Əməliyyatla 365 kiloqram kokain götürülüb, 3 şübhəli şəxs qandallanıb".
İstanbul Polis İdarəsinin rəisi Selami Yıldızın sözlərinə görə, narkobaronlar və onların əlaltılarına əsla aman tanınmayacaq: "Biz buşəhərdə narkotik bataqlığını qurutmaqda qərarlıyıq”
Firiudin Səfərli
MİA.AZ