"Milan"ın qapıçısı hakimi təhqir etdiyinə görə cəzalandı
"Milan" klubunun qapıçısı Mayk Menyan baş hakimi təhqir etdiyinə görə 1 oyunluq diskvalifikasiya olunub.Metbuat.az xəbər verir ki, o, A Seriyasının XXVII turunun "Latsio" (1:2) ilə matçından sonra baş hakimi təhqir etdiyi üçün cəzalandırılıb. Fransalı qolkiper görüşün final fitinin ardından paltardəyişmə otağına gedən tuneldə baş hakimə qarşı qeyri-etik ifadələr işlədib. O, eyni zamanda 15 min avro cərimələnib.