RU

Şara: Fələstinlilərin köçürülməsi çağırışları bütün ərəb xalqı üçün təhlükədir

Suriya prezidenti Əhməd Şara Qəzzada baş verənlərin bütün bölgə üçün həyəcan siqnalı olduğunu və Fələstin xalqının köçürülməsi çağırışlarının bütün ərəb xalqını təhdid etdiyini bildirib.

İki sahil” xəbər verir ki, Şəra Misirin paytaxtı Qahirədə keçirilən Fələstin üzrə Ərəb Liqasının Fövqəladə Sammitində çıxış edib.

Suriya prezidenti bildirib ki, ölkəsinin Ərəb Liqasına qayıtması Suriyanın bölgədə təhlükəsizlik və sabitliyin artırılması üçün çalışacağının göstəricisidir: “Bu gün biz Fələstin xalqının qanını tökmək bahasına regionun xəritəsini yenidən cızmaq istəyən həllərin tətbiqi üçün yeni cəhdlərin şahidi oluruq. Fələstin xalqının köçürülməsinə çağırışlar ərəb milləti üçün təhlükədir. Fələstinlilərin didərgin salınması Fələstin xalqını öz torpaqlarından qoparmağa yönəlmiş daha böyük layihənin əsasını təşkil edir. Bu gün Qəzzada baş verənlər bizim hamımız üçün oyanış çağırışıdır. Ərəb ölkələri mövqelərini birləşdirməli və Fələstin xalqına qarşı öz məsuliyyətlərini üzərinə götürməlidirlər".

Şəra Qəzzədəki vəziyyətə də toxunaraq, "Qəzzəyə yardım etməyə və hücumlara son qoymağa hazırıq. Suriya xalqı azadlıq və ədalət yolunda hər addımda Fələstinli qardaşlarının yanında olacaq", - deyib.

Fələstin xalqının öz torpaqlarına qayıtma və öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiklərini vurğulayan Suriya prezidenti, İsrailin Suriya xalqının hüquqlarını pozmaqda davam etdiyini qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
61
2
ikisahil.az

10Источники