RU

Ağ Ev Britaniyaya ABŞ kəşfiyyatının məlumatlarını Ukraynaya ötürməyi qadağan edib

ABŞ hakimiyyəti Böyük Britaniyaya Amerika kəşfiyyatının məlumatlarının Ukrayna ilə bölüşməyi qadağan edib...

Poliqon xəbər verir ki, bu barədə “Daily Mail” nəşri Böyük Britaniyanın hərbi kəşfiyyat üzrə eksperti Fil İnqrama istinadən məlumat yayıb. Nəşr yazır ki, Britaniya kəşfiyyat orqanları müvafiq əmr alıb.

ABŞ kəşfiyyat məlumatlarının tərəfdaşları tərəfindən, o cümlədən Böyük Britaniya tərəfindən Ukrayna ilə paylaşma səlahiyyətlərini ləğv edib. ABŞ Kiyevdə yerləşən agentləri vasitəsilə Ukraynaya kəşfiyyat məlumatlarının axınına ciddi nəzarət edəcək", deyə İnqram deyib.

Qadağa GCHQ, kəşfiyyat agentlikləri və Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bölmələrini əhatə edir.

Qeyd edək ki, fevralın 4-də ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırıb. Qərar artıq təyyarələrdə, gəmilərdə olan və ya Polşadan Ukraynaya göndərilməyə hazır olan yardımlar da daxil olmaqla, Amerika silahlarının Ukraynaya tədarüklərinə aiddir. Bu addım fevralın 28-də Ağ Evdə Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında mübahisəli görüşdən sonra atılıb.

Poliqon.info

Избранный
25
50
poliqon.info

10Источники