RU

Dağıstanda polislə silahlılar arasında atışma olub, ölən var

Vətəninfo.az xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsi (MAK) martın 5-nə keçən gecə Mahaçqalada “Rusiya Daxili İşlər Nazirliyinin Kaspiysk şəhərindəki regional idarəsinin obyektində terror aktı törətməyi planlaşdıran dörd quldurun zərərsizləşdirildiyi” əməliyyatı elan edib.

Ölənlərin üzərində, eləcə də hazırladıqları saxlanc yerində “qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, qumbaralar, pulemyotlar, tapança və sursatlar” olub.

“Mövcud məlumatlara görə, dəstənin fəaliyyətini İŞİD üzvləri koordinasiya edib”, – məlumatda deyilir.

Mahaçqalanın Kirov rayonunun Semender kəndində bir neçə saatlıq antiterror əməliyyatı rejimi tətbiq edilib.

MAK-ın məlumatına görə, Mahaçqala sakinləri və əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət almayıb.

Избранный
51
1
veteninfo.az

2Источники