RU

Bakıda tonqal həkimin maşınını külə döndərdi - VİDEO 

Bu səhər Bakıda həkimin maşını yanıb.

 

Hadisə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında qeydə alınıb. Yanğınla bağlı görüntüləri redaksiyamıza göndərən şahidlər bildiriblər ki, yanğına səbəb ötən axşam Od çərşənbəsi münasibətilə yolun ortasında qalanan tonqal olub.

 

Onların sözlərinə görə, tonqal tam sönmədiyi üçün səhərə közərtiləri qalıb. Belə ki, klinikanın həkimi avtomobilini saxladıqdan bir neçə dəqiqə sonra yanğın başlayıb. 


Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub.//milli.az


Избранный
28
10
referans.az

10Источники