Goran Təlim Mərkəzində martın 5-də saat 13:00-dan 17:00-dək yararsız d*yüş s*rsatları məhv ediləcək.
News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan d*yüş s*rsatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd olunub.