RU

“Liverpul” PSJ-ni, “Bavariya” “Bayer"i məğlub etdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “İnter” səfərdə “Feyenoord”un qonağı olub. Görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb.

“Liverpul” Fransada PSJ-nin qonağı olub və minimal hesabla qalib gəlib. “Barselona” da  səfərdə “Benfika” ilə qarşılaşıb və oxşar hesabla rəqibini məğlub edib.

“Bavariya” isə evdə “Bayer” ilə üz-üzə gəlib. Bu görüşdə meydan sahibləri qələbəyə sevinən tərəf olub.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

5 mart

21:45. “Feyenoord” (Niderland) - "İnter" (İtaliya) - 0:2

00:00. PSJ (Fransa) - “Liverpul” (İngiltərə) - 0:1

00:00. “Bavariya” (Almaniya) - “Bayer 04” (Almaniya) - 3:0

00:00. “Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya) - 0:1

Избранный
73
15
90deqiqe.az

10Источники