RU

Gəncədə doğuş zamanı ana və körpə ölüb

Gəncədə doğuş zamanı qadın və körpəsi ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində qeydə alınıb.

Belə ki şəhər sakini 1984 cü il təvəllüdlü Zülfiyə Yusibova hamiləliyinin 31-ci həftəsində xəstəxanaya müraucət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb. Bu, uzun müddət uşağı olmayan qadının birinci hamiləliyi imiş.

Faktla bağlı araşdırma aparılır.

Избранный
15
14
apa.az

10Источники