RU

Lamin Yamal: “Əvvəllər uşaq kimi idim, AÇ-2024-dən sonra…”

“Barselona”nın 17 yaşlı yeniyetmə sağ cinah hücumçusu Lamin Yamal AÇ-2024-dən sonra qarşılaşdığı çətinliklərdən söz salıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, yeniyetmə ulduzun bu barədə qənaətini təqdim edir:

“Mən əvvəllər uşaq kimi idim, amma AÇ-2024-də qalibiyətdən sonra hər şey dəyişdi. Mən daha uşağa bənzəmirəm, özümə daha əmin olmağa başlamışam. Əvvəllər mən adi qaydasınca səyahət edə bilirdim, indi isə hava limanında olmaq mənə çox çətindir, çünki belə bir məşhuruq mənə adi həyatda maneə yaradır”, deyə Yamal vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 11 qol və 16 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 87 oyun, 18 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Избранный
23
3
arena.az

5Источники