RU

Məşhur məşqçiyə ağır cəza: 9 ay diskvalifikasiya olundu

Fransa “Lion” klubunun baş məşqçisi Paulo Fonseka ağır cəza alıb.

"Cebheinfo.az" xəbər verir ki, o, futboldan 9 aylıq uzaqlaşdırılıb. 

Buna səbəb isə portuqaliyalı mütəxəssisin Liqa 1-in 24-cü turunda “Brest”lə matçda baş hakim Benoit Milyoya qarşı etdikləridir. 

Fonseka Matçın 90+4-cü dəqiqəsində VAR monitorina yaxınlaşan referiya sərt reaksiya göstərib, hakim isə onu qırmızı vərəqə ilə cəzalandırıb. Məşqçi bu qərarla razılaşmayaraq hakimə hücum edib. Nəticədə o, 9 aylıq diskvalifikasiya olunub. 

Paulo Fonsekaya futbolla bağlı bütün tədbirlərdə iştirak etmək qadağası qoyulub. 

"Cebheinfo.az" 

Избранный
4
5
cebheinfo.az

6Источники