RU

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB-3

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.

Gundem.az-ın Sumqayıt bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının tam söndürülməsi istiqamətində işlər yekunlaşıb. 

12:58

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

Gundem.az-ın Sumqayıt bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. 

12:42

Sumqayıtda yanan tikilinin narkotik istifadələri üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.

Gundem.az-ın Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.

12:25

Sumqayıtda tikilidə yanğın başlayıb.

Gundem.az-ın xəbərinə görə, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

FHN-dən "Report"a fakt təsdiqlənib.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Избранный
90
6
gundem.az

10Источники