RU

"Liverpul" bu mövsüm 4 böyük liqanın çempionunu "quru" hesabla yenib

"Liverpul" cari mövsüm Avropanın dörd top liqasının çempionunu qol buraxmadan məğlubiyyətə uğradıb.

Fanat.Az xəbər verir ki, "qırmızılar" son olaraq Fransada UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda PSJ-ni 1:0 hesabı ilə üstələyiblər.

Sözügedən kollektiv İngiltərə Premyer Liqasının son çempionu "Mançester Siti"ni hər iki görüşdə 2:0 hesabı ilə yenib.

Eyniadlı şəhərin təmsilçisi ÇL-in Liqa mərhələsində İspaniya La Liqasının qalibi "Real Madrid" (2:0) və Almaniya Bundesliqasının çempionu "Bayer Leverkuzen" (4:0) üzərində də "quru" qələbə qazanıb.

Избранный
10
fanat.az

1Источники